Tütün istehsalı
Cahan Tobacco International tərəfindən tütünçülükdə ən son texnologiya və aqronomiya üsulları tətbiq edilir.
CTI-da tütün istehsalı
“Cahan Tobacco International”a məxsus Tütün Yetişdirmə Mərkəzi 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında yenidən tütün əkilməsinə başlayıb.Missiyamız
Naxçıvanda tütünçülüyə qoyulmuş investisiyalar ilə və tətbiq etməkdə olduğu müasir istehsal təcrübələri ilə yetişdirilən Oriental və Virciniya tütün çeşidlərini həm daxili bazarda, həm də ölkə xaricində satmaqla ölkə iqtisadiyyatına töhfə verən yeganə siqaret şirkəti olmaq.Tütün Yetişdirmə Mərkəzi
“Cahan Tobacco International”a məxsus Tütün Yetişdirmə Mərkəzi 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında yenidən tütün əkilməsinə başlayıb. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” əsas götürülərək 26 il sonra Naxçıvanda “Cahan Tobacco Internatıonal” tərəfindən başladılmış tütünçülük layihəsində bütün dünyada məşhur olan Türkiyənin İzmir Oriental və ABŞ-ın Virciniya tütün çeşidləri yetişdirilməkdədir. Artıq layihə müddətinin ikinci ilində klassik İzmir Oriental tütününün keyfiyyəti əldə olunmuşdur. Həmçinin layihənin ikinci ilində yüksək keyfiyyətli Virciniya tütünü CTI tərəfindən yerli istehsalda istifadə olunmağa başlanmışdır.
Tütün Yetişdirmə Mərkəzinin Naxçıvan Muxtar Respublikasında 2 tütün qəbulu məntəqəsi var. Bunlardan ən yenisi Babək rayonunun Cəhri kəndində yaradılmışdır. 2 ha ərazidə tikilmiş məntəqədə 3200 m² qurutma yeri, 500 m² tütün qəbulu üçün açıq anbar qurulmuşdur. Həmçinin Xıncabda yerləşən əsas məntəqəyə əlavə olaraq 2500 m² qurutma ərazisi artırılıb və ümuilikdə Xıncab kəndindəki qurutma sahəsi 6000 m²-ə çatdırılıb. Burada 5 ədəd istixana (ümumi ölçüsü 2304 m²), yarım açıq və tam qapalı olaraq 400 m² olan 2 anbar və 200 m²-lik ofis binası yerləşir.
Tütün Yetişdirmə Mərkəzində ilkin olaraq 2017-ci ildə Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilib, 11 tondan artıq quru tütün istehsal olunub.
Mərkəz 2018-ci ildə Kəngərli, Şərur və Babək rayonlarında ümumilikdə 41.1 ha sahədə “Virciniya” və “Oriental” növlərində tütün əkimini başa vurmuşdur. Bu əkimdən 51 ton məhsul əldə olunmuşdur.
2019-cu ildə Tütün Yetişdirmə Mərkəzi tərəfindən Kəngərli, Şərur və Babək rayonlarında 50 ha ərazidə tütün əkilmişdir ki, bundan da əldə olunan məhsul 400 ton yaş tütün və 16 ton quru tütün olmuşdur.
“Cahan Tobacco International” tərəfindən tütünçülükdə ən son texnologiya və aqronomiya üsulları tətbiq edilir.