Vizyon

Keyfiyyəti özünün əsas dəyəri olaraq saxlayaraq texnologiya əsaslı və sosial məsuliyyətli qlobal brend olmaq.

"Cahan Holdinq” şirkətlər qrupuna daxil olan “Cahan Tobacco International” (CTI) 2006-cı ildən yerli tütün və siqaret məhsullarının istehsalı, distribusiyası və marketinqi ilə məşğul olan şirkətdir. Şirkətin məhsul portfelinə 3 formatda olmaqla 8 siqaret brendi, 80 SKU və Azərbaycanın ilk yerli tütündən hazırlanmış qəlyan tütünü “Shakh” daxildir. Şirkət gələcəkdə qəlyan tütünü portfelinə daha bir brend əlavə etməklə 50-dən çox dadda yeni çeşidlər daxil etməyi hədəfləyir.

“Cahan Tobacco International” yarandığı gündən etibarən Azərbaycanın bütün iqtisadi rayonlarında öz məhsullarının effektiv marketinq, satış və distribusiya şəbəkəsini qurmuş və məhsulları ilə bazarda öz yerini möhkəmlətmişdir. Bu gün “Cahan Tobacco International”ın Azərbaycanın 7 regionunda yerləşən satış və distribusiya mərkəzləri qarşıya qoyulmuş hədəfləri uğurla yerinə yetirir.

Toxumdan tüstüyə

Öz Tütün Yetişdirmə Mərkəzinə sahib olan Cahan Tobacco İnternational toxumdan tüstüyə siqaret istehsalının bütün mərhələlərini özündə birləşdirir Daha ətraflı